Improved AJAX Login and Register

Daxil ol  \/ 
x
x
Qeydiyyat  \/ 
x

nazim mNazim Mürsəl oğlu Nəsrullayev – Bakı Dövlət Universitetinin professorudur.

Azərbaycan Dövlət Universitetinin məzunu N.M.Nəsrullayev 1983-1985-ci illərdə Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq şəhərində yerləşən A.F.İoffe adına Fizika-Texniki İnistitutunda təcrübə keçmiş, 1986-cı ildəən həmin İnistitutda Azərbaycan Dövlət Universitetinin məqsədli aspirantı olmuşdur. O 1986-cı ildə namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiyə edərək “ Fiziki elektronika o cümlədən kvant elektronikası ” ixtisası üzrə fizika- riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 2009- cu ildə N.M.Nəsrullayev doktorluq dissertasiyasını müdafiyə edərək, fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır.

N.M.Nəsrullayev 70-dən çox elmi əsərin və 3 ixtiranın müəllifidir. Onun elmi əsərləri Rusiya, ABŞ, Yaponiya, Çexiya, Almaniya, Türkiyə və s. Ölkələrin nüfuzlu elmi jurnallarında dərc olunmuşdur. O həmçinin Azərbaycan dilində çap olunmuş “İfrat yüksək tezlik elektronikasından laborotoriya işləri”, “Ümumi fizika kursundan mühazirələr” dərs vəsaitlərinin , rus dilində çap olunmuş “Адсорбционные и каталитические процессы на валентно-насыщенных поверхностях” adlı monoqrafiyanın və təqdim olunan “ Elektromaqnetizm” adlı E-kitab formalı vəsaitin müəllifidir.

N.M.Nəsrullayev Bakı Dövlət Universitetində “ümumi fizika”, “Elektromaqnetizm”, “Fizikanın tədrisi metodikası” kursları üzrə azərbaycan, rus və inglis dillərində mühazirə seminar dərslərini tədris edir.